Türkiyə öldürülən PKK-lıların sayını açıqladı

Türkiyə öldürülən PKK-lıların sayını açıqladı

Türkiyə Hərbi Hava Qüvvələrinin ölkə daxilində və İraqda PKK-ya qarşı apardığı 2 böyük əməliyyatın nəticələri açıqlanıb. Milli təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən verilən məlumata əsasən 190 PKK üzvü məhv edilib, 300-dən çox terrorçu isə yaralanıb. SİA-nın "Hürriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, məlumatda bildirilir ki, Şimali İraqda aparılan əməliyyatlarda 40 hərbi təyyarədən istifadə edilib. Ölkə daxilində həyata keçirilən əməliyyatlar zamanı isə 30 təyyarə iştirak edib. Təyyarələrin yanacaq ehtiyatını qarşılamaq üçün tanker təyyarələrdən istifadə edilib.

Sərhəddə aparılan əməliyyatlar nəticəsində 130 hədəf vurulub.

Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə