Nazirlikdən açıqlama: “6 PKK sığınacağı vuruldu”

Nazirlikdən açıqlama: “6 PKK sığınacağı vuruldu”

"Şəhid Arslan Kulaksız" əməliyyatında 6 PKK sığınacağı vurulub. SİA-nın "Haber7.com"a istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Nazirlər Kabinetindən verilən açıqlamaya bildirilib. Açıqlamada qeyd olunur ki, Türkiyə Cümhuriyyətinin milli təhlükəsizliyini, təhlükəsizlik qüvvələrini, dinc əhalinin təhlükəsizliyini təhdid edən İŞİD, PKK və digər terror təşkilatlarına qarşı mübarizə həm ölkə daxilində, həm də sərhəddən kənar davam etdiriləcək.

Açıqlamada deyilir ki, bu bölgədə 28 iyuldan 29-a keçən gecədə icra edilən "Şəhid Arslan Kulaksız" hava əməliyyatında PKK-nın ölkə daxilində, eləcə də sərhəddən kənar istifadə etdiyi sığınacaqlar, anbarlar, sığınacaq sahələri və mağaralar vurulub.

Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə