İŞİD Türkiyə sərhədində terror törətdi: 20 ölü, 60 yaralı VİDEO

İŞİD Türkiyə sərhədində terror törətdi: 20 ölü, 60 yaralı VİDEO

İŞİD Suriyanın Hələb şəhərinin Azəm və Məra vilayətlərində yerləşən Azad Suriya Ordusuna aid 3 nəzarət məntəqəsində terror aktı törədib. SİA-nın "Haberturk"ə istinadən verdiyi xəbərə görə, ötən gün gecə saatlarında baş verən hücumda 20 nəfər həlak olub, 60-a yaxın insan yaralanıb. Terror hadisəsi 2 kamikadze və partlayıcı maddə ilə yüklənmiş avtomobilin partladılması ilə həyata keçirilib.

Hücumlarda yaralanan 7 suriyalı Türkiyənin Öncüpınar sərhəd keçid məntəqəsi vasitəsilə təcili yardım maşınları ilə Türkiyənin Kilis vilayətinin dövlət xəstəxanasına çatdırılıblar. Yaralılardan ikisi xəstəxanada dünyasını dəyişib, vəziyyəti ağır olan iki nəfər isə Qaziantəp xəstəxanasına göndərilib.

Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə