ABŞ rəsmisindən şok sözlər: “PKK İŞİD-ə qarşı vuruşur”

ABŞ rəsmisindən şok sözlər: “PKK İŞİD-ə qarşı vuruşur”

ABŞ Dövlət Departamentinin sözçüsü Con Körbi mətbuat konfransı zamanı Türkiyənin PKK və İŞİD-ə qarşı mübarizəsindən danışıb. SİA-nın "Milliyet" qəzetinə istinadən verdiyi xəbərə görə, Körbi Türkiyənin PKK-ya qarşı apardığı mübarizəni dəstəkləyib. Nazir İŞİD-lə mübarizədə Türkiyənin müttəfiqliyini yüksək qiymətləndirib.

Jurnalistlərin suallarına cavablandıran Körbi bildirib ki, Türkiyənin özünü müdafiə etmək hüququ var: "PKK-nın bəzi hallarda İŞİD-ə qarşı vuruşduğunun şahidi oluruq. Lakin PKK terror təşkilatıdır. İŞİD-ə qarşı mübarizədə PKK ilə əməkdaşlıq və ya ünsiyyət qəbul edilə bilməz. Biz İŞİD-ə qarşı mübarizəni 62 dövlətin köməyi ilə davam etdiririk.

Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə