Əfqanıstanda toyda baş verən atışma nəticəsində 21 nəfər ölüb
Əfqanıstanın şimalındakı Bağlan vilayətində toyda iki qrup arasında baş verən silahlı atışma nəticəsində 21 nəfər ölüb, 10 nəfər isə xəsarət alıb.
Bölgənin inzibati və polis orqanlarının rəsmiləri atışmaya hər iki qrup arasında uzun illərdir davam edən qan davasının səbəb olduğunu bildiriblər.
Təxminən 400-dək qonağın iştirak etdiyi toy mərasimində baş verən hadisə nəticəsində ölənlərin şəxsiyyətlərinin müəyyən edilməsi üçün təhqiqat aparılır. Hadisə yerində silah aşkar edilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB