Türkiyə Əsəd qüvvələrini vurdu

Türkiyə silahlı qüvvələri İŞİD və PKK qüvvələrinə vurduğu zərbədən sonra, Əsəd qüvvələrinə də qarşılıq verib. SİA-nın "haber7.com"a istinadən verdiyi xəbərə görə, dünən Əsəd rejiminə bağlı hərbi birliklərin nəzarəti altında olan Yayladağı vilayətindən Türkiyənin sərhəd bölgələrinə açılan atəşə cavab gecikməyib. Türkiyə tərəfdən Suriyanın Lazkiya çölündə Əsəd rejimi qüvvələrinin idarəsində olan bölgəyə 30 dəfə atəş açılıb.

Hadisədə ölən və ya yaralanan olmayıb. Bölgədə isə Əsəd rejimi qüvvələri ilə müxalif gücləri arasında atışmalar hələ də davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə