"Türk Hava Yolları" aviaşirkəti İraqın şimalındakı hərbi əməliyyatlar səbəbindən Türkiyənin cənub-şərq vilayətlərinə bir sıra reysləri ləğv edib. SİA-nın türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, aviaşirkət iyulun 25-i və 26-na planlaşdırılmış reysləri ləğv edib.
Xatırladaq ki, Türkiyə Hərbi Hava Qüvvələri iyulun 25-də səhər saatlarında İraqın şimalında Kürd Fəhlə Partiyasının (PKK) düşərgəsinə aviazərbələr endirib. PKK-ya qarşı əməliyyatın təfərrütaları barədə məlumat verilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB