Türkiyə Baş Nazirliyinin Koordinasiya Mərkəzi Suriyanın şimalındakı DAEŞ terror təşkilatı ilə İraqın şimalındakı PKK terror təşkilatına məxsus hədəflərin vurulduğunu bildirib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Koordinasiya Mərkəzindən verilən məlumatda qeyd edilir ki, icra edilən hava hücumu zamanı İraqın şimalında PKK terror təşkilatının istifadə etdiyi Zap, Metina, Qara, Avaşin-Basyan, Sinat Haftanin, Hakurk və Kandildəki sığınacaqları, anbarları, strateji nöqtələri, sığınma yerləri, mağaraları müasir və klassik silahlarla vurulub. Hava hücumu ilə eyni vaxtda Quru Qüvvələri Komandirliyinə aid ordu Suriyanın şimalındakı DAEŞ terror təşkilatına aid hədəfləri atəşə tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB