Şəhidin qatilləri öldürüldü

Şəhidin qatilləri öldürüldü

Türk Silahlı Qüvvələri Baş Qərargahının ikinci komandanı, ordu generalı Yaşar Gülər İŞİD terror qruplaşması tərəfindən öldürülən zabit Mehmet Yalçın Nanə ilə bağlı məlumat yayıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, ordu generalı Baş nazir Davutoğluna verdiyi açıqlamada zabiti şəhid edən 5 İŞİD terörçunun öldürüldüyünü bildirib.

Bundan sonra Əhməd Davudoğlu Koordinasiya Mərkəzini ziyarət edib. Ziyarət zamanı Davutoğlu ilə birlikdə Koordinasiya Mərkəzinə Baş nazirin köməkçisi Yalçın Akdoğan, ordu generalı Yaşar Gülər, ədliyyə naziri Kənan İpək, xarici işlər nazirliyinin müşaviri Fəridun Sinirlioğlu, milli təhlükəsizlik naziri Cəlaləddin Ləkəsiz və bir sıra digər dövlət nümayəndələri səfər edib.

Koordinasiya Mərkəzində keçirilən yığıncaqda sərhəddə reallaşdırılan əməliyyatın müddəti ilə bağlı məlumat təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə