Türkiyədə vəziyyət daha da gərginləşir

Türkiyədə vəziyyət daha da gərginləşir

Türkiyə daha bir polis PKK terrorçuları olduğu ehtimal edilən naməlum şəxslər tərəfindən girov götürülüb. SİA-nın türk mətbuatına istinadənverdiyi xəbərə görə, İstanbulda çalışan polis məmuru ailə ziyarətindən qayıdarkən Diyarbakır-Bingöl yolunda hücuma məruz qalıb. Silahlılar polisin ailə üzvlərini sərbəst buraxıblar, özünü isə girov götürərək naməlum istiqamətdə aparıblar.

Bundan başqa PKK-çılar içərisində üç həkim olan təcili tibbi yardım avtomobilini qaçırıblar.

Eyni zmanda Diyarbəkir və Hakkari əyalətlərində PKK terror təşkilatının törətdiyi partlayışlar nəticəsində azı 10 polis əməkdaşını yaralanıb, daha bir asayiş keşikçisi girov götürüb. Öncə terrorçular Diyarbəkir əyalətində yerləşən polis məntəqəsinə əl qumbarası atıblar. Partlayış nəticəsində 7 polis yaralanıb.

Hakkaridə isə əldəqayırma partlayıcı qurğunun işə salınması nəticəsində 3 polis yaralanıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

İstanbul Polis İdarəsi ötən gün başlayan əməliyyatları isə davam edib. Bəyoğlu istiqamətində keçirilən əməliyyata havadan da dəstək verilib. Xüsusi təyinatlılar öncədən müəyyən edilmiş ünvanlara eyni anda basqın ediblər. Əməliyyatlar davam edir.

Rəsmi Ankara isə baş verən hadisələri nəzarət etməyə çalışır. Bu məqsədlə Türkiyənin baş naziri Əhməd Davudpoğlunun başçılığı ilə "Çankaya" köşkündə fövqəladə iclas keçirilib. İclasda İŞİD və PKK terror təşkilatlarına istiqamətlənmiş sərhəddən kənar əməliyyatlar dəyərləndirilib. İclas 1 saat 10 dəqiqə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə