Türkiyənin Suriya ilə sərhəd bölgəsində yerləşən Kilis vilayətinin Elbəyli qəsəbəsində qarşı tərəfdən açılan atəş nəticəsində bir hərbiçi həlak olub, ikisi isə xəsarət alıb. Anadolu Agentliyi xəbər verir ki, hadisədən sonra Türkiyə-Suriya sərhədinin qarşı tərəfindəki hədəflər atəşə tutulub.
Kilis şəhərinin meri Süleyman Tapsız mətbuata açıqlamasında bildirib ki, Suriyada İŞİD terror qruplaşmasının nəzarətində olan bölgədən açılan atəşə dərhal cavab verilib. Məlumata görə, Türkiyə tərəfindən açılan atəş nəticəsində bir terrorçu məhv edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB