Rusiyada 11 ölü, 22 yaralı

Rusiyanın Krasnoyarsk diyarında avtobusun yük maşını ilə toqquşması nəticəsində 11 nəfər ölüb, 22 nəfər xəsarət alıb. Bu barədə məlumatı "TASS" yayıb. SİA-nın verdiyi xəbərə görə, qəza iyulun 22-də səhər saatlarında baş verib. Qəza zamanı avtobusda 50 sərnişin olub. Hadisədən zərər çəkənlər arasında uşaqların da olduğu bildirilir.

Qeyd edək ki, qəza yerinə FHN xilasediciləri və təcili tibbi yardım maşınları cəlb olunub. Bildirilir ki, Krasnoyarsk qubernatoru Viktor Tolokonski də hadisə yerinə gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə