Davudoğlu yaralılara baş çəkdi

Davudoğlu yaralılara baş çəkdi

Türkiyənin baş naziri Əhməd Davudoğlu Şanlıurfa bölgəsinin Suruç rayonunda baş verən terror aktı nəticəsində xəsarət alanları ziyarət edib. Bu haqda məlumatı "Haberler" saytı yayıb. SİA-nın verdiyi xəbərə görə, Baş nazir daha sonra Şanlıurfa İcra Hakimiyyətinə gəlib və xüsusi bəyanatlar verib: "Terror aktı kimliyi müəyyən edilməyən şəxs tərəfindən canlı bomba kimi həyata keçirilib".

Canlı bombanın kimliyinin tapılması məsələsində əhəmiyyətli informasiya əldə edildiyini bildirən Davudoğlu bildirib ki, bu qanlı olayda kimlər məsuldursa, layiqli cəzasını alacaq: "Buna heç kəsin şübhəsi olmasın. Bu, böyük bir dərddir. Belə dərdlə ilk dəfədir ki, üz-üzə gəlmirik. 2003, 2007 və 2008-ci illərdə də bu tip canlı bomba hücumlarını zehnimizdə tuturuq. Əlbəttə, bu, millətimizin bütövlüyünə qarşı edilən hücumlardır. Bu tip hücumlarla həyatını itirən bütün vətəndaşlarımızı rəhmətlə anıram. Bu tip hadisələrdə ilk düşüncəmiz insan itkisidir.Buradan Adıyamana keçəcəyik. Dünən şəhid edilən əsgərimizin dəfn mərasimində iştirak edəcəyik. Əsgərimizə də bir daha rəhmət diləyirəm. HDP-yə də yenə müraciət edirəm. Bu kimi hadisələrdə partiyaların bədəlini Türkiyə ödəyir. HDP-nin tərksilahla bağlı müsbət çağırışları Kandildən gələn bəyanatlarla az qala təkzib edilib. Çağırışımı təkrar edirəm: Gəlin birlikdə ortaq bir mətnə imza ataq".

Bütün xəbərlər Facebook səhifəmizdə