Vilnüsdə SSRİ-nin nişanəsi belə qalmadı

Vilnüsdə SSRİ-nin nişanəsi belə qalmadı

Litvanın paytaxtı Vilnüsdə keçmiş SSRİ dövründən qalma son heykəllər də söküldü. Anadolu Agentliyi xəbər verir ki, Vilnüs şəhər bələdiyyəsi heykəllərdə iri çatların əmələ gəldiyini və yoldan keçənlər üçün təhlükə yaradacağını səbəb göstərərək heykəllərin sökülməsi qərarını verib.

Qeyd edək ki, Neris çayı üstündəki Yaşıl Körpüdə ucaldılan - əsgər, işçi, cütçü, məktəbli təsviri olan və 1952-ci ildə ucaldılan dörd heykəl Sovet dövrünün ən əhəmiyyətli əsərlər kimi xatırlanırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə