Şübhəli bilinən 431 nəfər saxlanılıb

Şübhəli bilinən 431 nəfər saxlanılıb

Səudiyyə Ərəbistanının polisi "İslam Dövləti" qruplaşmasına üzv olmaqda şübhəli bilinən 431 adamı saxlayıb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, cihadçı hərəkatın yerli qanadı ölkədə ötən ilin noyabr ayından fəaliyyətə başlayıb. Saxlanılan qrupun məscid, diplomatik nümayəndəliklər və polis idarələri kimi müxtəlif hədəflərə basqın hazırladığı bildirilir. Saxlanılan şəxslər Suriya və Yəmən də daxil olmaqla 6 dövlətin vətəndaşlarıdır, böyük əksəriyyəti səudiyyəlilər təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə