Transadriatik (TAP) və Transanadolu (TANAP) kimi iri layihələrə qoşulmaq İran üçün cəlbedicidir. Bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin brifinqdə deyib.
Onun sözlərinə görə, İran təbii qaz ehtiyatlarına görə dünyada ikinci yeri tutur və müxtəlif qaz layihələrinə qoşulmaqda maraqlıdır: "TAP və TANAP-a qoşulmaq İran üçün olduqca maraqlıdır. Bu məsələyə hazırda İranın Neft Nazirliyində və Milli Neft Şirkətində baxılır. Həmçinin SOCAR şirkəti ilə danışıqlar aparırıq. Boru kəmərlərindən birinin 2018-ci ildə istismara veriləcəyini nəzərə alsaq, yekun qərar qəbul etmək üçün kifayət qədər vaxt var".
Səfir qeyd edib ki, Azərbaycan və İran arasında neft-qaz sahəsində birgə layihələrin müzakirəsi aparılır: "Konkret layihələri vaxtı gələndə elan edəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB