2015-ci ilin 16-18 sentyabr tarixində Bakıda Əl Oyunları Sarayında "IV Bakı Beynəlxalq Kitab Sərgi Yarmarkası" keçiriləcək. SİA-nın məlumatına görə, sərgi-yarmarkada 120 nəşriyyatdan 100-ü iştirak edəcək. Sərgi-Yarmarkada Azərbaycanda nəşr edilən kitablar, yeni nəşrlər nümayiş etdiriləcək.
Nəzərinizə çatdıraq ki, ilk kitab sərgi yarmarkası 2009-cu ildə keçirilib.
Qeyd edək ki, 2013-cü ildə keçirilən sonuncu sərgi-yarmarkada 30-dan çox xarici nəşriyyatın dövri nəşrləri nümayiş etdirilib. Sərgi-yarmarkası 2 ildən bir keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB