Rusiyanın Omsk şəhərində Hərbi Desant Qoşunlarının kazarması uçub. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə iyulun 12-də axşam saatlarına baş verib. Baş verənlərlə bağlı Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə 12 nəfər həlak olub, 19 nəfər xəstəxanaya yerləşdirilib. Dağıntılar altından 31 nəfər çıxarılıb.
Qeyd edək ki, faktla bağlı Rusiya Cinayət Məcəlləsinin "Səhlənkarlıq" maddəsinin üç hissəsi üzrə cinayət işi başlanıb. Hadisə yerində müstəntiqlər, həmçinin Baş Hərbi Prokurorluğun əməkdaşları işləyirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB