Avropa Birliyi (AB) liderlərinin Yunanıstan böhranını müzakirə etmək üçün bir araya gələcəkləri xüsusi zirvə ləğv edilib. Brüsseldə yalnız Avrozona liderləri toplanacaq. Bu barədə məlumatı Avropa İttifaqı Şurasının prezidenti və Polşanın Baş naziri Donald Tusk özünün Tvitter səhifəsində verib. Tusk AB-nin 28 ölkə yerinə yalnız 19 Avrozona ölkəsinin dövlət və hökumət başçılarının bu gün bir araya gələcəyini açıqlayıb.
Eyni zamanda AB rəsmisi Yunanıstan mövzusunda hər hansı bir qərar verilənədək müzakirələrin davam edəcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB