İtaliyanın Qahirədəki konsulluğu partladılıb

İtaliyanın Qahirədəki konsulluğu partladılıb

İyulun 11-də səhər saatlarında Qahirədə, İtaliya konsulluğunun qarşısında partlayış baş verib. İlkin məlumatlara görə, partlayıcı qurğu binanın önündə dayanan avtomobildə işə salınıb. RIA Novosti informasiya agentliyi xəbər verir ki, Misirin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Husam Əbdül Qafar partlayış nəticəsində bir nəfərin öldüyünü, dörd nəfərin isə yaralandığını bildirib.

Konsulluğun yerləşdiyi malikanəyə ciddi zərər dəyib. Hadisə ilə bağlı məsuliyyəti hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib.

Xatırladaq ki, 2013-cü ildə "Müsəlman qardaşları"nın hərbi çevriliş nəticəsində devrilməsindən sonra bütün ölkəni, xüsusilə də Sinay yarımadasını zorakılıq aktları bürüyüb. Misir ordusu yanvar ayından etibarən yarımadanın şimalında fəallaşan "Ənsar Beyt əl-Makdis" ("Qüds tərəfdarları") qruplaşmasının yaraqlılarına qarşı əməliyyatların yeni aktiv fazasına başlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə