ABŞ-da onkoloq-həkim 175 il həbs cəzasına məhkum edilə bilər. Fərid Fata adlı müttəhim xəstələrə yalan diaqnoz qoymaqla və onlara daha çox müalicə kursu təyin etməklə küllü miqdarda vəsait toplayıb. Nəzərə almaq lazımdır ki, burada söhbət nəinki çox bahalı, həmçinin orqanizm üçün ağır keçən kimya müalicəsindən gedir. Bu müalicə bir çox xəstə üçün ölümcül nəticə verib.
Detroyt məhkəməsində xəstələrə lazımsız, bəzən isə təhlükəli müalicələr yazan Fərid Fatanın 553 hadisədən ibarət sübut bazasına baxılıb. Bu halların əksəriyyətində müalicə alan insanlar hətta xəstə belə deyilmiş. Lakin pul hərisi olan həkim hər kəsə xərçəng xəstəliyinə qarşı dərman yazırmış. O, bir neçə il ərzində insanlara təxminən 10 minə qədər belə preparat təyin edib. Bu rəqəmlərin arxasında isə həkimin milyonlarla gəliri və pasiyentlərin itirilmiş sağlamlıqları durur. Fəaliyyət göstərdiyi illər ərzində Fata elit rayonların birində - meşə zonasında malikanə alıb, biznes qurub və Miçiqan ştatında onlarla klinika açıb.
Prokurorlar hazırda günahını boynuna alan həkim-onkoloq üçün 175 il azadlıqdan məhrumetmə cəzası istəyirlər. Onun bir neçə il ərzində sığorta əməkdaşlarını, polisi və nəzarət orqanlarını ustalıqla aldatdığı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB