Güclü yağışlar Filippinin paytaxtını su altında qoyub. "Falkon" qasırğası Manilaya leysan yağışları və sürəti saatda 160 kilometrə çatan güclü küləklər gətirib. Ötən gecə qasırğa Luzon adasına yaxınlaşıb. Küçələrin əksəriyyəti tamamilə su altında qalıb və bağlanıb.
Təbii fəlakət səbəbindən məktəblərdə məşğələlər dayandırılıb, ictimai nəqliyyat işləmir.
Sinoptiklər yağıntıların miqdarının artacağı, əsasən kənd yerlərində daşqın və torpaq sürüşmələrinin baş verəcəyi barədə xəbərdarlıq edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB