Olland və Merkel dərhal hərəkətə keçdi

Liderlər Parisin Yelisey sarayında referendumun nəticələrini qiymətləndirəcəklər
Olland və Merkel dərhal hərəkətə keçdi

Yunanıstanda dünən keçirilən referendumdan Avropa Birliyinin istədiyi nəticənin çıxmaması qurumun aparıcı ölkələrini hərəkətə gətirib. Fransa prezidenti Fransua Olland və Almaniyanın kansleri Angela Merkel sabah bir araya gələcək.

Liderlər Parisin Yelisey sarayında referendumun nəticələrini qiymətləndirəcəklər.

Qeyd edək ki, Yunanıstan höküməti beynəlxalq kreditorların (Beynəlxalq Valyuta Fondu, Avropa Mərkəzi Bankı və Avropa Komissiyası) təqdim etdiyi planı xalqın səsverməsinə çıxarıb. Seçicilərin əksəriyyəti "üçlüyün" planına "xeyr" cavabı veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə