Rəcəb Tayyib Ərdoğan halallıq istəyəcək

Rəcəb Tayyib Ərdoğan halallıq istəyəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Nazirlər Kabinetinin toplantısında hökumət üzvləri ilə vidalaşacaq. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Beştəpədə keçiriləcək görüşdə Ərdoğan hökumət üzvlərindən halallıq istəyəcək. Nazirlər Kabinetinin bugünkü toplantısında Suriyadakı hadisələr, sərhəddəki son vəziyyət və Türkiyənin təhlükəsiz bölgə qurmaq şansları qiymətləndiriləcək.

Qeyd edək ki, Ərdoğan bundan əvvəl yanvarın 19-da, ən son isə aprelin 20-də kabinetin toplantısına başqanlıq edib. Əgər koalisiya hökuməti qurulsa, bugünkü görüş Ərdoğanın rəhbərlik etdiyi son Nazirlər Kabinetinin toplantısı olacaq.

Məlumatda həmçinin bildirilir ki, iclasdan sonra hökumət üzvlərilə iftar yeməyində bir araya gələcək Ərdoğan baş nazirin köməkçiləri ilə vidalaşacaq və onlardan bir daha halallıq istəyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə