Amerika Birləşmiş Ştatlarında polisin hərəkətləri yenə də səs-küyə səbəb olub. SİA-nın Vesti.ru-ya istinadən verdiyi xəbərə görə, Yeni Orlean ştatında polis 16 yaşlı qaradərili qızı vəhşicəsinə döyüb. İnsident ətrafdakı təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Polis saxlanılan şəxsi qandallamaq istəsə də, lakin qız ona tabe olmayıb. Polis qızı yerə yıxılana qədər döyüb. Daha sonra yanındakı həmkarı da ona qoşulub. Hadisənin internetdə yayılan görüntüləri yerli sakinlərin qəzəbinə səbəb olub. Polis İdarəsinin qarşısına toplaşan insanlar günahkarların cəzalandırılmasını tələb ediblər. Qısa bir müddətdən sonra qaradərili qıza qarşı şiddət tətbiq edən polislər işdən kənarlaşdırılıblar.
Milyana Həşimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB