Filippində sərnişin bərəsinin qəzaya uğraması nəticəsində həyatını itirənlərin sayı 42 nəfərə çatıb, daha 11 nəfər isə itkin düşmüş sayılır. Hadisə yerində axtarış-xilasetmə işləri davam edir.
Xatırladaq ki, iyunun 2-də səhər saatlarında göyərtəsində 173 sərnişinin olduğu "Kim Nirvana" bərəsi Ormok şəhərindən Kamotes adalarında yerləşən Pilar şəhərinə gedərkən qəzaya uğrayıb. Nəticədə bərə sahildən cəmi bir neçə yüz metr aralıda çevrilərək suyun dibinə gedib.
İlkin məlumata görə, qəzaya dənizdəki yüksək dalğalar səbəb olub. Lakin Filippin rəhbərliyi hələ ki, insan amilini də istisna etmədiklərini bildirir.
Bərənin kapitanı və ekipaj üzvləri nəzarət altında saxlanılır.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB