Yəməndə beşgünlük atəşkəs

Yəməndə beşgünlük atəşkəs

Yəməndə beşgünlük atəşkəs bu gün, cümə günü səhərdən başlanır və bu müddətdən etibarən Ərəbistanın hücumları dayandırılır. BMT baş katibi Pan Gi Mun belə deyib. Ərəbistan xarici işlər naziri Adil Əlcubəyr də BMT baş katibi Pan Gi Mun ilə telefon söhbətində Yəməndə atəşkəsin bərqərarı ilə bağlı öz razılığını bildiribdir.

Xatırladaq ki, bundan öncə, BMT-nin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi İsmail Vələd Şeyx Əhməd əmin olduğunu bildirmişdi ki, mübarək Ramazan ayından iki həftə qalan müddətdə humanitar atəşkəs həyata keçiriləcək.

Ərəbistan martın 26-da Yəmənə basqın edəndən bəri bir neçə dəfə müvəqqəti atəşkəs elan edib, lakin hər dəfə öz qırıcıları ilə hücumlarda atəşkəsi pozubdur.

Ərəbistanın Yəməndəki savaşından üç aydan çox bir müddət keçir, amma Ərriyad bu millitarizmin Yəmən xalqı üçün olan ağır nəticələrinə rəğmən, hələ də Yəmənin yaşayış massivləri və mülkilərinə qarşı hava hücumlarını davam etdirir. Bu hücumlarda Yəmən xalqından minlərlə nəfər həlak olub və yaralanıbdır.

Bütün xəbərlər Facebook səhifəmizdə