Yəməndə insanların qida çatışmazlığından ölümünün artması səbəbi ilə Birləşmiş Millətlər Təşkilatı bu ölkədə fövqəladə hal elan edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu ilin 26 mart tarixindən etibarən Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinin Yəməndə apardığı hərbi əməliyyatlar nəticəsində, bu ölkədə insanlar gündəlik tələbatlarını qarşılaya bilmir. Hava hücumlarından sonra bu ölkədə "insani təcili vəziyyət" elan edilib. BMT-nin Təcili Vəziyyətlər üzrə koordinatoru Stefen Obraynın rəhbərliyi ilə keçirilən toplantıda, BMT təşkilatlarının nümayəndələri ölkədəki humanitar vəziyyətin acınacaqlı olduğunu dilə gətirərək, Yəmən üçün 6 ay müddətinə ən yüksək səviyyə olan 3-cü təcili vəziyyətin elan edilməsi qərarını verib. Qərarla bağlı olaraq, bütün BMT təşkilatları bu ölkədəki humanitar böhrana həll tapmaq üçün fondlarını səfərbər edəcək.
Qeyd edək ki, BMT hələ də İraq, Suriya və Cənubi Sudanda 3-cü səviyyəli təcili vəziyyətin tətbiqinə.davam edir. BMT-nin hesablamarına görə, Yəməndə əhalinin 80 %-ni keçən 21 milyondan çox adam insani köməyə möhtacdır. 13 milyon adam qidaya çatmaqda problem yaşayır, 9.4 milyon adam isə təmiz su çətinliyi çəkir. Ölkənin cənubunda və Səudiyyə Ərəbistanına sərhəd bölgələrində qızdırma, vəba və digər yoluxucu xəstəliklər müşahidə olunur. Ölkə daxilində ən az 160 səhiyyə quruluşu, təhlükəsizlik problemi, yanacaq çətinliyi və digər çatışmazlıqlar səbəbi ilə bağlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB