Afinanın siyasəti Almaniya XİN-i heyrətləndirir

Afinanın siyasəti Almaniya XİN-i heyrətləndirir

Afinadakı hakimiyyət dairələri "Avropadan yeni-yeni güzəştlərə nail olmaq üçün" öz vətəndaşlarını "girov götürüblər". Dpa agentliyinin verdiyi məlumata görə, AFR-in xarici işlər naziri Frank-Valter Ştaynmayer bildirib ki, Yunanıstan hökumətinin bu ölkənin beynəlxalq kreditorları ilə danışıqlarda ziqzaqı xatırladan mövqeyi onu hədsiz heyrətləndirib. Almaniyalı nazir "Welt am Sonntag" qəzetinə müsahibəsində deyib: "Mən başa düşmürəm, Yunanıstanın seçilmiş hökuməti öz xalqına necə məsləhət görə bilər ki, avropalıların xoş niyyətli təklifini rədd etsinlər".

Ştaynmayerin sözlərinə görə, Afinadakı hakimiyyət dairələri "Avropadan yeni-yeni güzəştlərə nail olmaq üçün" öz vətəndaşlarını "girov götürüblər". O, Yunanıstan hökumətini illüziyalardan əl çəkməyə və yunan xalqının taleyinə görə məsuliyyəti öz üzərinə götürməyə çağırıb. Nazir vurğulayıb: "Yunanıstanda hələ də belə bir fikri təlqin etməyə çalışırlar ki, guya əsaslı islahatlar aparılmadan vəziyyət dəyişə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə