Türkiyənin ən məşhur sənətçilərindən biri olan İbrahim Tatlısəslə bağlı həbs qərarı verilə bilər. O, Twitter-dəki akkauntunda hakim Habibe Aslanı təhqir etməkdə günahkar bilinir. SİA-nın Türk mətbuatına istinadən xəbərinə görə, hazırda Ankaradakı GATA hospitalında müalicədə olan İ.Tatlısəs reabilitasiya kursu başa çatan kimi məhkəməyə getməlidir.
Olayın səbəbi İbrahim Tatlısəslə MESAM (Türkiye Musiki Eseri Sahipleri Meslek Birliği) arasındakı dartışmadır. MESAM-ın sədri Arif Sağ və tərəfdarları İbrahim Tatlısəsi müəllif hüquqlarını və əqli mülkiyyət prinsiplərini pozmaqda suçlayır. İş İstanbuldakı 1-ci Əqli Mülkiyyət Haqları Məhkəməsinədək gedib çıxıb. İbrahim Tatlısəs də tvit yazaraq MESAM-ın müşaviri və vəkili Aslı Aslanı aşağılayıb, onun məhkəmənin hakimi Habibe Aslanın qızı olduğu üçün "başından yekə hərəkətlər etdiyini" yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB