Amerika Birləşmiş Ştatlarının Alabama və Cənubi Karolina ştatlarında yüzlərlə insan yürüşə qatılıb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, aksiya iştirakçıları Çarlston kilsəsində kütləvi qətldən sonra Kapitoli binasından Konfederasiya bayrağının çıxarılmasına qarşı çıxıblar. Yürüş iştirakçıları Konfederasiya bayrağının yerinə sancılmasını və həmin insidentin irqi bölünmə deyil, Cənub irsinin məsələsi olduğunun nümayiş etdirilməsini tələb ediblər. Cənubi Karolina ştatında baş tutan yürüşdə 50-ə yaxın Konfederasiya bayrağı dalğalandırılıb. Amerika Birləşmiş Ştatları bayrağına dəstək aksiyaları Cənubi Karolinada bir qadının dövlət bayrağı dirəyinə dırmanaraq oradan bayrağı endirməsindən sonra keçirilib.
İnsident zamanı polis iki fəalı həbs edib və zədələnmiş ABŞ bayrağını yarım saat ərzində yenisi ilə əvəz edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB