Tayvanda partlayış: 190 nəfər zərər çəkib

Tayvanda partlayış: 190 nəfər zərər çəkib

Tayvanın Sinbey şəhərindəki akvaparkda diskoteka zamanı baş verən partlayışda zərər çəkənlərin sayı 190 nəfərə yüksəlib. Çinin Sinxua informasiya agentliyi xəbər verir ki, 80 nəfərə qədər insan ağır yanıq xəsarətləri alıb. Hadisə yerinə 50 təcili yardım maşını gəlib. Həkimlərin sözlərinə görə, xəsarət alanların bir çoxunda dəri örtüyünün 40 faizdən çox hissəsi yanıb.

İlkin versiyaya görə, faciəyə pirotexniki şounun səbəb olduğu ehtimal edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə