Dardaneldə səyahət gəmisi neft tankeri ilə toqquşub

Dardaneldə səyahət gəmisi neft tankeri ilə toqquşub

İstanbula gedən səyahət gəmisi Dardanel boğazının şimal hissəsində neft tankeri ilə toqquşub. İnterfax informasiya agentliyi xəbər verir ki, "Celestyal Crystal" səyahət gəmisi ilə "STI Pimlico" neft tankerinin toqquşması nəticəsində hər iki gəmi ciddi şəkildə zədələnib və Gelibolu yaxınlığında lövbər atıb.

Hadisə zamanı sərnişinlərdən xəsarət alanların olduğu, tankerdə isə neft sızmasının baş verdiyi bildirilir.

Səyahət gəmisi göyərtəsində 853 sərnişin və 382 heyət üzvü ilə Yunanıstandan İstanbula, neft məhsulları daşıyan tanker isə Tuapsedən Maltaya gedirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə