Rusiyada “narıncı” hava xəbərdarlığı

Rusiyada “narıncı” hava xəbərdarlığı

Rusiya Hidrometeorologiya Mərkəzi ölkənin mərkəzi rayonlarında, Moskvada və Moskva vilayətində güclü yağış və küləklə əlaqədar "narıncı" hava təhlükəsi səviyyəsi elan edib.

Qeyri-sabit meteoroloji vəziyyət sütununda bu, ən yüksək xəbərdarlıqdan – "qırmızı" səviyyədən əvvəl gələn göstəricidir.

Proqnozlara görə, yaxın iki gündə Moskva regionunda təxminən iki aylıq yağıntı norması gözlənilir. Eyni zamanda, havanın temperaturunun müsbət 28 dərəcəyədək qalxacağı bildirilir. Rusiya Fövqəladə Hallar Nazirliyi havanın kəskin pisləşməsi ilə əlaqədar fövqəladə hallarla bağlı xəbərdarlıq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə