Vatikan ilə Fələstin dövlətləri arasında imzalanan razılaşmaya əsasən Vatikan Fələstini dövlət olaraq tanıyıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Katolik aləminin ruhani mərkəzlərindən sayılan Vatikanın Fələstinlə rəsmi müqavilə bağlaması adıçəkilən ölkənin "dövlət" olaraq tanınması anlamına gəlir. Vatikan mətbuat xidmətindən verilən məlumatda qeyd olunur ki, Vatikandanın Papalıq Sarayında təşkil edilən mərasimdə Vatikan Dövlətlərarası Əlaqələr katibi Monsenyör Paul Riçard Qallaqer ilə Fələstin xarici işlər naziri Riyad əl-Maliki arasında müqavilə imzalayıb. İki ölkə münasibətlərində yeni bir səhifə açmağı qarşısına məqsəd qoyan, bünövrəsi 15 Fevral 2000-ci ildə Vatikanla Fələstin Qurtuluş Təşkilatı (FAT) arasında imzalanan anlaşmaya əsaslanan və imzalanan mətnin, Fələstinin Vatikan tərəfindən "dövlət" statusunda tanınması anlamına gəlməsi və bu istiqamətdəki ilk rəsmi müqavilə olması baxımından tarixi bir əhəmiyyət daşıyır. Adıçəkilən razılaşma 8 ali başlıqda 32 maddədən ibarətdir. Müqavilə Fələstin torpaqlarındakı Katolik Kilsəsinin fəaliyyətlərini təstiq edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB