ABŞ-da silahlı insident 4 nəfər yaralanıb

ABŞ-da silahlı insident 4 nəfər yaralanıb

Nyu-Yorkda naməlum şəxsin açdığı atəş nəticəsində 4 nəfər xəsarət alıb. Xarici KİV-lər xəbər verir ki, insident Manhettendə baş verib. Naməlum şəxs əvvəl kafedə, sonra isə yaxınlıqdakı binanın həyətində atəş açaraq 3 kişi və 1 qadını yaralayıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onlardan vəziyyəti ağırdır. Faktla bağlı polis araşdırmalara başlayıb. Hazırda hadisənin təfərrüatları müəyyənləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə