Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində maraqlı bir layihə həyata keçirilib. Xarici saytlar xəbər verir ki, "Reiser + Umemoto" memarlıq şirkətinin layihəsi ilə tikilən "O-14" ofis binası insan zəkasının çox şeyə qadir olduğunu sübut edir.
Ofis binası 22 mərtəbəli olmaqla tamamilə betondan inşa edilib, sütunlardan istifadə olunmayıb. Memarların bu mühəndis həlli otaqların daha geniş olmasına şərait yaradıb. Bu isə binada ofis almaq istəyən şirkətlərə dizayn baxımından böyük imkanlar açır.
Qüllənin fasadı müxtəlif ölçülü naxışlarla bəzədilib ki, onların da arasından otaqlara günəş şüası düşür. Binanın sahəsi 31400 kvadratmetrdir.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB