"Oryol və reşka. Şoppinq" Bakıda

"Oryol və reşka. Şoppinq" Bakıda

May ayında Azərbaycan paytaxtında "Oryol və reşka. Şoppinq" proqramının çəkilişləri keçirilib. SİA-nın məlumatına görə, Bakıda çəkilmiş veriliş "Pyatnitsa" kanalında iyunun 26-da Moskva vaxtı ilə saat 19:00-da efirə çıxacaq.

Qeyd edək ki, hər istirahət günləri verilişin aparıcıları Maşa İvakova və Anton Lavrentyev müxtəlif ölkələrin şəhərlərinə səfərə çıxırlar. Və həmişə olduğu kimi, verilişin ənənəsinə uyğun olaraq atılan püşkə uyğun olaraq aparıcılardan birinə 100 dollar, digərinə isə limitsiz imkanları olan qızıl bank kart verilir. Beləliklə, onlar 2 gün – şənbə və bazar günləri həmin vəsaitlərlə şəhərdə alış-veriş edirlər.

http://rutube.ru/video/68e1ef5f808e1a96eb6ec30123112738/?ref=logo

Milyana Həşimova

Bütün xəbərlər Facebook səhifəmizdə