Yerevan Opera Teatrının binası qarşısına yenidən yüzlərlə insan toplaşıb. Onlar elektrik enerjisi tariflərinin qaldırılmasına etiraz edirlər. Erməni mənbələri xəbər verir ki, nümayişə radikal müxalifətin də bir sıra təmsilçiləri qatılıb. 1994-1995-ci illərdə Ermənistan xüsusi xidmət orqanlarının rəhbəri olmuş David Şahnazaryan jurnalistlərlə söhbətində iyunun 23-də etiraz aksiyasının dağıdılmasında polisin hədsiz güc tətbiq etməsini qınadığını bildirib.
Hazırda aksiya iştirakçıları prezident sarayının, parlamentin və digər dövlət müəssisələrinin yerləşdiyi Marşal Baqramyan prospekti ilə hərəkət edirlər. Burada polis kardonu ilə üzləşən mitinq təşkilatçıları Yerevanın mərkəzinə - Respublika meydanına tərəf getmək, yoxsa Opera Teatrının qarşısına qayıtmaq məsələsini nəzərdən keçirirlər. Polis nümayişçiləri yolun hərəkət hissəsini boşaltmağa çağırır.
Xatırladaq ki, bu gün səhərə yaxın polis güclü su şırnaqları ilə fasiləsiz aksiya keçirən nümayişçiləri güc tətbiq etməklə dağıtmışdı. Əməliyyatın gedişində etiraz aksiyasının 237 iştirakçısı tutulmuş, 7-si nümayiş iştirakçısı olmaqla 18 nəfər yaralanmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB