İyunun 30-da saat 23:59:59-da nə baş verəcək?

İyunun 30-da saat 23:59:59-da nə baş verəcək?

Dünyanın öz oxu ətrafında fırlanma sürətinin azaldığını nəzərə alaraq, iyunun sonunda dünya saatına 1 saniyə əlavə olunacaq. Bu qərar informasiya texnologiyaları mütəxəssislərini narahat edir. Onlar iddia edir ki, bu əlavə bir çox sistemin dayanmasi ilə nəticələnə bilər. Çünki 23:59:59-da saatların 2 dəfə çıqqıldamasını çox sayda kömpüter səhv kimi qəbul edəcək. SİA-nın xəbərinə görə, bu qərar dünyanın öz oxu ətrafında fırlanma sürətinin azaldığını iddia edən astronomiya mütəxəssislərinin tələbi ilə verilib. İyunun 30-dan iyulun 1-nə keçən gecə 23:59:59-da saniyə əqrəbi 2 dəfə çıqqıldayacaq. Beləcə, dünya saatına 1 saniyə əlavə edilmiş olacaq. Mütəxəssislər hesab edir ki, bununla da dünyanın fırlanma sürətinin yaratdığı gün və mövsüm sürüşməsi səbəbindən əmələ gələn boşluq doldurulacaq.

Xatırladaq ki, bu hadisənin insanlara heç bir mənfi təsiri yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə