570 nəfər istidən ölüb

Pakistanın cənubunda anomal istilərdən ölənlərin sayı 572 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bazar ertəsi yağan yağış havanın temperaturunu bir qədər azaldıb. Həkimlər əhalini günəş altında çox qalmamağa və yüngül pambıq paltar geyinməyə çağırır. Elektrik enerjisinin saatlarla kəsilməsi ölkənin bir neçə yerində hökumət əleyhinə etirazlara səbəb olub. Sinoptiklər yaxın günlərdə Pakistanın bir çox regionlarında leysan yağacağını bildiriblər. Buna baxmayaraq, qarşıdan gələn həftədə yenidən isti düşəcəyi proqnozlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə