Parisdə 12 nəfərin ölümü ilə nəticələnmiş "Şarli Ebdo" satirik jurnalına qarşı hücum fransada islam əleyhinə meylləri gün üzünə çıxarıb.Hətta Fransada məscid və müsəlman mədəniyyət mərkəzilərinə edilən hücumları özündə əks etdirən xəritə də hazırlanıb. "Şarli Ebdo" satirik jurnalına qarşı hücumdan sonra Fransada müsəlman icmasına qarşı hücumlar kəskin şəkildə artıb. Fransa mediası "Şarli Ebdo"dan sonra təşkil edən anti-islam hücumlarını əks etdirən xəritə də yayımlayıb.
Xəritədən göründüyü kimi, ən böyük hücumlardan biri Le-Men şəhərində baş verib.Məscidin yaxınlığına atılan təlim qumbaraları, ibadət evinin şüşələrinin qırılması və içəridə aşkarlanan mərmilər müsəlman icması arasında narahatlığa səbəb olmuşdu.
Vilfranş Sur-Son rayonunda isə məscidin yaxınlığındakı restornada törədilmiş partlayış 2 nəfərin yaralanması ilə nəticələnmişdi. Port la- Nuvel bölgəsində isə məscidin yaxınlığında bir neçə gün ardıcıl atışmalar baş vermişdi.
Korsikada isə İslam mədəniyyət mərkəzinin qabağına bir qabaın kəlləsi qoyulmuş, hətta müsəlmanlara xəbərdarlıq da edilmişdi. Qeyd kağızında "Gələn dəfə burada sizdən birin başı olacaq" cümləsi yazılmışdı.
Bu hadisələr "Şarli Ebdo" hücumu ilə müqayisədə daha zəif qiymətləndirlsədə, daxili işlər nazirliyinin hesabatı onu göstərir ki, məlum hadisədən sonra müsəlman icmasına qarşı təqib və zorakılığın statistikası da artıb. Belə ki, yanvarın 7-dən sonra bu ölkədə müsəlmanlara qarşı zorakılıq hallarında 8-10 faiz artım müşahidə olunur.
"Şarli Ebdo" hücumunun konkret olaraq bütün dünyada terror təşkilatı kimi tanınan "Əl-Kaidə" ilə əlaqəli şəxslər tərəfindən törədildiyi təsdiqlənsə də, nədənsə fransızlar bütün müsəlman dünyasına qarşı müharibə elan etdilər. Bu baxımdan "Şarli Ebdo" terrorunu pisləyən müsəlman icma və təşkilatlaının da təzyiq və təhqirlərə məruz qalması başadüşülən deyil.
Başqa bir anlaşılmayan nüans yanvarın 7-də baş vermiş hadisənin böyük terror aktı kimi, müsəlmanlara qarşı həyata keçirilən hücumların isə Fransa Kütləvi İnformasiya Vasitələrində adi bir insident kimi təqdim edilməsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB