Almaniyada jurnalist həbs edilib. Əl-Cəzirə televiziyasının tanınmış jurnalisti Əhməd Mənsur Berlin hava limanında saxlanılıb.Televiziyanın rəhbərliyi bu həbsin siyasi xarakter daşıdığını və sifarişli qərar olduğunu bəyan edib.
Əl-Cəzirə televiziyasının jurnalisti Almaniyada həbs edilib.
Televiziyanın rəhbərliyinin yaydığı məlumata görə həmin jurnalist Misirin sorğusu əsasında saxlanılıb.
Kanalın ərəb dili xidmətində çalışan Əhməd Mənsur Berlindən Qətərə uçmaq istəyərkən saxlanılıb. Əl-Cəzirə televiziyası, jurnalistinin dərhal azad edilməsini tələb edir. Misirin paytaxtı Qahirədə məhkəmə keçən il ona 15 il qiyabi həbs cəzası kəsib. Britaniya və Misir vətəndaşlığı olan Mənsur həbsxanadan internetdə görüntülü mesaj yayıb. 52 yaşlı Əhməd Mənsur şənbə günü tvitterdə də mesaj yaymışdı. O bildirib ki, hələ də Berlin hava limanında saxlanılır və istintaq məhkəməsinə aparılacağını gözləyir. Polis sözçüsü isə açıqlayıb ki, Misirin irəli sürdüyü həbs qərarına görə Mənsur "müxtəlif cinayətlər" törətməkdə ittiham edilir, lakin daha ətraflı məlumat verməyib.
Bu arada Almaniya kansleri Angela Merkel sosial mediada ciddi tənqid edilib. Merkel, ötən həftə Misir prezidenti Abdülfettah el-Sisinin Berlinə səfəri çərçivəsində bu ölkədəki söz azadlığının və insan haqlarının pozulmasını dilə gətirmədiyi üçün ciddi tənqid atəşinə tutulub. Beynəlxalq Media təşkilatları da bu həbsi pisləyib.Berlində isə Əl-Cəzirə jurnalistinin saxlandığı məhkəmə qarşısında etiraz aksiyası keçirilirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB