Dünyanın ən xoşbəxt ölkələri müəyyən olunub

Dünyanın ən xoşbəxt ölkələri müəyyən olunub

Beynəlxalq İqtisadiyyat və Sülh İnstitutu dünyanın ən xoşbəxt ölkələrinin sıralamasını nümayiş etdirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İqtisadiyyat və Sülh İnstitutunun hər il elan etdiyi "Qlobal Sülh İndeksi"nə görə, İslandiya və Danimarka dünyanın ən xoşbəxt iki ölkəsi olmaqda davam edir.

Hesabatda paytaxt Kopenhagendə 14 və 15 fevralda baş verən iki terror hücumuna baxmayaraq, Danimarkanın sıralamasının dəyişmədiyi diqqət çəkib. Sülh, sabitlik, ticarət, mədəniyyət, iqtisadiyyat və siyasət kimi faktorlar nəzərə alınmaqla aparılan araşdırmada, ölkələrin özlərində ya da yerləşdikləri bölgələrdəki döyüş vəziyyətləri və ölkələrin döyüşlərdə iştirakları da əhəmiyyətli rol oynayır. Aparılan araşdırmada Çarles Hebdo və ondan sonra baş verən hücumların Fransadakı sabitliyi azaltdığı ifadə edilib. Yunanıstanın iqtisadi çətinliklərə baxmayaraq 22 siyapillə yuxarı qalxdığı diqqət çəkib. Siyahının sonunda isə Suriya yer alıb. Liviya və Ukrayna əvvəlki siyahı ilə müqayisədə ən çox pillə düşən ölkələr olub. Bundan başqa, dünyanın ümummilli hasilatının 13 faizinin döyüşlərə xərcləndiyi də ifadə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə