Ölkənin ən kök insanı öldü

Karl Tompson Britaniyanın ən kök, ən tosqun insanı idi. 33 yaşlı Karlın çəkisi nə az, nə çox - 412,7 kq idi. Ötən ay anası vəfat etmiş Karl bu ağır itkisindən sonra yaşam tərzini dəyişmək və arıqlamaq qərarına gəlmişdi. O, arıqlamasa öləcəkdi. Fəqət Karl niyyətinə çatmadı. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Kent qraflığındakı Duvr şəhərində yaşayan Karl Tompson ötən ildən çarpayıya məhkum olmuşdu. Gəzmək bir yana, oturmağa çətinlik çəkən Karla son 10 ayda Britaniya Səhiyyə Xidmətinin ayırdığı tibb bacısı qulluq edirdi.

Karl ölümündən bir qədər əvvəl müsahibəsində demişdi: "3 yaşım olanda 10 yaşlı oğlan kimi görünürdüm. Sonra kökəlməyə başladım. Həddən artıq kökəldim. Tamahımın, nəfsimin öhdəsindən gələ bilmirdim. Sonra həkimlər dedilər ki, arıqlamasam, öləcəyəm. Həyatımı dəyişmək və arıqlamaq qərarına gəldim".

Xatırladaq ki, son aylarda Karl 125 kq arıqlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə