ABŞ seçkilərində nadir hadisə

Milyarder Donald Tramp prezident postu uğrunda mübarizəyə başladı
ABŞ seçkilərində nadir hadisə

Amerikalı biznesmen və teleaparıcı, milyarder Donald Tramp respublikaçılar partiyasından 2016-cı ildə keçiriləcək seçkilərdə prezident postu uğrunda mübarizəyə qoşulduğunu elan edib. "Bizə bu ölkəni yenidən böyük edə biləcək insan lazımdır, -deyə Tramp bildirib. – Mən prezident postu uğrunda mübarizəyə başladığımı elan edirəm".

TASS informasiya agentliyi xəbər verir ki, dünən Florida ştatının sabiq qubernatoru Ceb Buş da seçkiqabağı kampaniyada iştirakı haqqında bəyanat verib. Respublika Partiyasından, həmçinin senatorlar Ted Kruz, Rend Pol, Marko Rubio, Arkanzas ştatının keçmiş qubernatoru Mayk Hakabi, neyrocərrah Ben Karson, Pensilvaniya ştatından sabiq senator Rik Santorum və Hewlett-Packard kompaniyasının keçmiş başçısı Karli Fiorina yüksək dövlət postu uğrunda mübarizəyə başladıqlarını elan ediblər.

Demokratların düşərgəsindən isə prezidentlik postuna iddiaçılar arasında sabiq dövlət katibi Hillari Klinton, Rod-Aylend və Merilend ştatlarının keçmiş qubernatorları və başqaları var.

Bütün xəbərlər Facebook səhifəmizdə