Yunanıstan və kreditorlar: güzəşt yoxsa iflas?

Yunanıstan və kreditorlar: güzəşt yoxsa iflas?

Yunanıstan hökuməti beynəlxalq kreditorlar qrupu ilə Brüsseldə yekun danışıqlara hazırlaşır. Bu ərəfədə avrozona ölkələrinin nümayəndələri ilk dəfə olaraq Yunanıstanın mümkün iflasını müzakirə ediblər. Euronews telekanalı xəbər verir ki, Yunanıstanın maliyyə naziri Yanis Varufakis iyunun 12-də hökumətinin kreditorların tələb etdiyi maliyyə yardımı şərtlərini qəbul etmək üçün milli mandatının olmadığını bildirib.

İyunun 13-də Yunanıstanın nümayəndə heyəti kreditorlara təqaüd, vergi və büdcə profisitinin həcminə dair öz yeni təkliflərini yenidən təqdim edəcək.

Ölkənin daxilində isə hökumət müxalifətin təzyiqlərinə məruz qalır. Afinada sərt iqtisadi siyasətin dayandırılması və dövlət sektorlarında ixtisar olunmuş iş yerlərinin bərpası tələbi ilə etiraz aksiyaları keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə