Korrupsiyaya görə bacısının titulunu əlində aldı

İspaniya taxt-tacında korrpusiya qalmaqalı
Korrupsiyaya görə bacısının titulunu əlində aldı

İspaniyanın kralı VI Filipp infanta (taxt-taca namizəd) bacsısı, Kristinanın Palma-de-Mayorskiy hersoqiniyası titulunun əlindən alınması barədə fərman verib. SİA "The Spain Report"a istinadən xəbər verir ki, bu qərara səbəb monarx xanımın adının korrupsiya qalmaqalında hallanması olub. Fərman artıq dünəndən – iyunun 12-dən qüvvəyə minib. Bundan sonra Kristinanın rəsmi titulu belə olacaq: şahzadə həzrətləri donya Kristina Federika Viktoriya dela Santissima Trinidad, İspaniya infantası.

Qeyd edək ki, VI Filipp məlum fərmanı imzaladıqdan sonra verdiyi ilk açıqlamasında deyib ki, korrupsiyaya qarşı mübarizə aparmaq onun birinci amalıdır və hər kəs qanun qarşısında bərabər olmalıdır: "Əgər kimsə hər hansı bir üstün mövqedə dayanıbsa, bundan sui-istifadə etməməlidir".

İspaniya kralı korrupsiya əməllərində adları hallanan hər kəsin qanun qarşısında cavab verəcəyini deyib.

Xatırladaq ki, ötən ilin dekabrında məlum olmuşdu ki, infanta Kristina Balearsk adalarının ali məhkəməsi qarşısına çıxacaq. O, əri İnyaki Urdanqarinanın fəaliyyəti ilə bağlı vergi dələduzluğunda ittiham olunur. İstintaq materiallarında isə bildirilir ki, şahzadə maliyyə cinayətlərində bilavasitə iştirak edib. "Təmiz əllər" təşkilatının nümayəndələri isə iddia qaldıraraq, kralın bacısınn həbs olunaraq 8 il cəza almasını, eləcə də 2 milyon avro pul cəzası kəsilməsini tələb ediblər.

İspaniya mətbuatı həmçinin qeyd edir ki, son zamanlar İspaniyadakı Burbonların adları mütəmadi olaraq qalmaqallarda hallanır. Məsələn, cari ildə kral Filippin daha bir qohumu – Felip Xuan Froylan de Tados los Santos de Mariçalara de Burbonun adı irqçilik qalmaqalında hallanıb. Buna səbəb isə 16 yaşlı kral ailəsi üzvünün Madrid parkında asiyalıya qarşı işlətdiyi ifadəsi olub. Belə ki, attraksiona növbədənkənar daxil olmağa çalışan asiyalıya kral ailəsinin üzvü belə deyib: "Səsini kəs və geri çəkil, lənətəgəlmiş çinli".

Bu ilin martında isə İspaniyanın ali məhkəməsi belçikalı bir xanımın məhkəməyə müraciət edərək, İspaniyanın keçmiş kralı Xuan Karlosun onu özünə övladlığa götürməsi barədə irəli sürdüyü tələbi rədd edib.

Göründüyü kimi, İspaniyanın kraliyyət ailəsinin başı qalmaqallardan açılmır.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə