Ərdoğanın səlahiyyətləri Baykala veriləcək

Ərdoğanın səlahiyyətləri Baykala veriləcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı onun səlahiyyətləri Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq lideri Dəniz Baykala veriləcək. SİA-nın türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyə parlamentinə seçilən D.Baykal ən yaşlı deputat kimi parlamentin spikeri seçiləcək.

Qanunvericiliyə uyğun olaraq, dövlət başçısı olmadığı təqdirdə, onun səlahiyyətləri parlamentin spikerinə keçir.

Xatırladaq ki, R.T.Ərdoğan Bakıda ilk Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə