Çinin cənub əyalətlərində iyunun 7-dən başlayan leysan yağışlar böyük dağıntı və insan tələfatı ilə nəticələnib. Çin Mülki Məsələlər Nazirliyinin iyunun 9-da yaydığı məlumata görə, Gıcian, Fucian, Ciansi, Xubey, Anxoy, Xunan, Sıçuan, Quygou əyalətlərində və Çunçin şəhərində yağan şiddətli yağışlar sel və torpaq sürüşmələrinə səbəb olub.
Baş vermiş təbii fəlakət nəticəsində ümumilikdə 10 nəfər həlak olub, 4 nəfər itkin düşüb. Bundan başqa, on minlərlə sakin evakuasiya edilib, minlərlə tikinti obyektinə və əkin sahələrinə ziyan dəyib. Güclü küləklə müşayiət olunan leysan yağışlar arabir dolu halında davam edib.
Yerli hakimiyyət orqanları hazırda təbii fəlakətin nəticələrini aradan qaldırmaqla məşğuldur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB